Aiseldən "Avroviziya"ya yenidən getməsi iddialarına CAVAB - FOTO

Aiseldən "Avroviziya"ya yenidən getməsi iddialarına CAVAB - FOTO

Hazırda oxunan: Aiseldən "Avroviziya"ya yenidən getməsi iddialarına CAVAB - FOTO

598559

Müğənni Aiselin (Aysel Məmmədova) yenidən "Avroviziya"ya getmək üçün müraciət etdiyi iddia olunub.

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı sualları cavablandırıb.
 

O bildirib ki, belə bir müraciət etməyib: "Dostlarım və izləyicilər, bildirmək istəyirəm ki, "Avroviziya" müsabiqəsinə müraciət etməmişəm. Müraciət etməyi də planlaşdırmıram. "Avroviziya" fanatlarına dəstəkləri və xoş sözlərinə görə təşəkkür edirəm.


Gördüyünüz kimi, mən müsabiqələrdən asılı olmayaraq, öz yaradıcılığımla məşğulam, diqqətimi tam olaraq yeni layihələrimə yönəltmişəm".

Qeyd edək ki, Aisel 2018-ci ildə müsabiqədə ölkəmizi "X My Heart" mahnısı ilə təmsil edib. (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO