Nadir Qafarzadənin həyat yoldaşı onu doğum günündə niyə tək qoydu? -

Nadir Qafarzadənin həyat yoldaşı onu doğum günündə niyə tək qoydu? - "Onsuz yetim kimi qalmışam"

Hazırda oxunan: Nadir Qafarzadənin həyat yoldaşı onu doğum günündə niyə tək qoydu? - "Onsuz yetim kimi qalmışam"

59701

“Yeni yaşımdan çox böyük istəyim yoxdur. 51 yaşım olur heç zaman bunu gizlətməmişəm, bununla fəxr edirəm. Mənim yaşadığım illərim, mənim sərvətimdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında müğənni Nadir Qafarzadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Nadir Qafarzadə Azərbaycanı tərk etdi


Bu gün 51 yaşını qeyd edən sənətçi doğum günü tarixini dəqiq bilmədiyini söyləyib:

“Vallah, anam rəhmətlik deyərdi ki, səni ayın 11-i dünyaya gətirmişəm. Amma sənəddə doğum günü ayın 13-dür. Ona görə də dəqiq ad günüm nə vaxtdır bilmirəm. Heç çox zaman ad günümü keçirmirəm”.

Müğənni yeni yaşında özünə olan arzularından danışıb:

“Heç nə istəmirəm. Ömrü Allah verir amma həmişə arzulamışam ki, Allah elə zamanda canımı alsın ki, heç kimin köməyinə ehtiyacım olmasın. Kiməsə yük olmayım. Yaşadığımı yaşamışam, istədiklərimə gec də olsa nail olmuşam. Çox şükür artıq bir qaynatayam. O, mənə gəlin yox, qızdır, çox qayğıma qalır. Mən heç zaman inanmazdım ki, yad bir qız doğma qız kimi olar. Danışanda da çox kövrəlirəm. Yoldaşım Rusiyada oğlumun yanındadır. Onsuz yetim kimi qalmışam. Onsuz ad günü keçirməyəcəyəm”.

- Bəs fəxri ad almaq arzunuz necə bunu da istəmirsiniz?

“Yox, daha heç nə istəmirəm. Mən çox danışdım, dedim amma sonda nəticə olmadı. Mən toydan başqa hər şeyi dövlətimə, xalqıma təmənnasız etmişəm. Halal xoşları olsun. Artıq 51 yaşım var, övladım yaşında olanlara bu ad verilib. Onlardan sonra bu adı almağa utanıram. Mən Xalq artisti ola bilmədim amma xalqın artisti olmağı bacardım. Onların sevgisi mənə bəsdir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO