Zaur Kamaldan Təranənin sözlərinə CAVAB - VİDEO

Zaur Kamaldan Təranənin sözlərinə CAVAB - VİDEO

Hazırda oxunan: Zaur Kamaldan Təranənin sözlərinə CAVAB - VİDEO

590993

Aparıcı Zaur Kamal müğənni Təranə Qumralın onunla bağlı "Verilişdə məni məcbur edir ki, bu karta pul at. Niyə atım? Öz pulun yoxdur?" açıqlamasına cavab verib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Axşam.az-a danışan aparıcı 200 manatın hara ödəniləcəyini açıqlayıb:

"Bizdə qayda budur: müğənni efirə gecikirsə cərimələyirik. 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir. Təranə Qumral da gecikdi.
 

Biz də 200 manat cərimə etdik. Əvvəl yox dedi, sonra razılaşdı. Bizə mesaj gəlir ki, nəyə görə ehtiyacım var. Musa Musayev şəxsi özü seçdi. Pul tibb universitetinə hazırlaşan bir şagirdə verilməlidir. Uşağın hazırlığa pulu yoxdur. Kartı atdıq özlərinə, istəyər ödəyər, ya da ödəməz.


O vaxtlar biz bir çox tələbənin təhsilhaqqını ödəmək üçün kampaniya edirdik. Təranə xanım onda da ödəniş etmişdi. Yəqin TikTok-da ona çox şey yazıblar, əsəbiləşib. Onun elə əsəbi olduğunu düşünmürəm".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO