"Ağadadaş Ağayev məni aldadaraq oğlunun toyuna aparıcı edib" - Vüsalədən etiraf

"Ağadadaş Ağayev məni aldadaraq oğlunun toyuna aparıcı edib" - Vüsalədən etiraf

Hazırda oxunan: "Ağadadaş Ağayev məni aldadaraq oğlunun toyuna aparıcı edib" - Vüsalədən etiraf

590715

Aparıcı Vüsalə Əlizadə illər sonra Ağadadaş Ağayevlə bağlı etiraf edib.

Bizim.Media xəbər verir ki, o, aparıcısı olduğu "İncə səhər" verilişində xalq artistinin oğlunun toyunda aparıcılıq etməsinin hekayəsini bölüşüb.

Aparıcı bildirib ki, Ağadadaş Ağayev illər öncə onu aldadaraq oğlunun toyuna aparıcı kimi dəvət edib:

"Bir gün Ağadadaş Ağayev mənə zəng etdi, dedi ki, bir dostumun oğlunun toyudur, səni aparıcı kimi istəyirlər. Mən də dedim ki, əslində mələğ bu qədərdir, amma sizin üçün daha aşağı məbləğ olar. Mən daha aşağı bir qiymət dedim.
 

O da razılaşdı və məndən kartımı istədi. Düşündüm ki, beh yollanacaq. Bir müddət sonra gördüm ki, məbləğ tam olaraq kartıma ödənib. Toya bir gün qalmış mən saytlardan oxudum ki, sən demə bu Ağadadaş müəllimin öz övladının toyu imiş.


Zəng etdim, nə qədər xahiş etdimsə, məbləği geri qaytarmağıma icazə vermədi. Əziyyətimi yüksək şəkildə dəyərləndirdi". (azxeber.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO