Əməkdar artist Könül Kərimova ilə şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, buna səbəb Kərimovanın sözləri Naziləyə məxsus mahnını başqasına verməsi olub.
“Rəngarəng”də Nazilənin açıqlamalarına cavab verən müğənni bunları söyləyib: “İllər sonra başa düşdüm, belə xoşagəlməz məqamlarla demək olar heç üzləşməmişəm Mahnı seçəndə çox diqqət etmək lazımdır ki, musiqi kimə aiddir, sözlər kimindir. Bunlara diqqət etsək, belə şeylərlə üzləşmərik.
Mənim üçün böyük dərsdir, nəticə də çıxarmışam. Bundan artıq fikir bildirmək istəmirəm. Mahnının bəstəkarı mənəm. Vaxtında səhv etmək lazım deyilmiş. Mən onu bloka atmışam, nə etməliyəm ki? Sizcə, düz etməmişəm?”
Nazilə isə Kərimovanın sözlərindən sonra bunları qeyd edib:
“Sözlərim əqli mülkiyyətimdir. Mənim mülkümü heç kim mal-pay edib varlanmamalıdır... Necə ki, mən hər kəsin yaradıcılığına hörmətlə yanaşıram, hörmət də gözləyirəm... Toylara və efirə tək gəlmişəm. Nə başım qapaz görüb, nə gözüm kölgə. Çətinliklə gəlmişəm, amma tək... Haqqımı tələb etmək nə vaxtdan suç olub?”.
Qeyd edək ki, N. Səfərli daha öncə “Pərvizə görə” verilişində bunları söyləmişdi:
“Kim icazəsiz mahnılarımı oxumuşdu, hamısını yutubdan sildirdim. Könül Kərimova buna görə məni blok edib. Nüşabə adlı bir xanım mahnımı oxumuşdu, qıza xəbər göndərildi ki, mahnının müəllifi Nazilə Səfərlidir, silməlisiniz. O da dedi ki, “mən Könül xanımdan icazə almışam”. Dedim o zaman ödəniş edin, dedilər “bu artıq işlənmiş mahnıdır”. Könül xanım da dedi “mən icazə vermişəm, kasıb qızdır”, o zaman mən artıq mahnını sildirmişdim. O da sözünü yerə saldığıma görə məni blok etdi. Halbuki məni saymayan siz idiniz”.
Sara, Bizim.Media



































































































