"Evdəkilərə salam" verilişi Əməkdar artist Könül Kərimovanın villasında çəkiliş edib.
Bizim.Media xəbər verir ki, müğənni sənət dostlarını da evinə yığıb. Müğənni 2016-cı ildən satışa çıxardığı villasını hələ də sata bilməyib.
Qeyd edək ki, Kərimova 10 il əvvəl şəhərdə yerləşən villasını satıb, dəniz kənarında ev almaq istədiyini açıqlamışdı.
K.Kərimova: "Bu evi satışa çıxartmalı olmuşam. Bir az əziyyət çəkirik, səs-küy var. Sənət adamları sakit yerdə yaşamalı, səsdən uzaq olmalıdırlar. Hələ bu evə yeni köçəndə qonşular mənim mahnıma yüksək səs verib, maşınla o başa, bu başa gedirdilər" açıqlamasını vermişdi. (Axşam.az)
Bizim.Media

































































































