“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

Hazırda oxunan: “Nəvəmə Antalyadan ev aldım”

587860

Əməkdar artist Kubra Əliyeva xəstəliyindən danışıb.

Bizim.Media xəbər verir ki, aktrisa “Qapqara” yutub layihəsində onkoloji xəstə olduğu halda onu ürəyindən müalicə etdiklərini deyib:

“Bakıda getmədiyim ürək həkimi qalmamışdı. Aparat qoyurdular, gecə yatırdım, səhər oyanıb gedirdim. Dərman verirdilər ki, iç keçəcək. Sən demə ürək deyilmiş, süd vəzimin altında iki şiş var imiş. Xərçəng metastaz veribmiş. Bir həkim kəşf etdi və Ankaraya göndərdilər. Əməliyyat olunacaqdım, amma dedim Azərbaycanda olacağam. Ankarada xəstəxanaya 11 min dollar ödədim. Ölümə hazıram. Oğlumu itirdim. Onun bir övladı qaldı, köçürtdüm Türkiyəyə. Dedim, atası ilə bağlı sözləri eşitməsin. Nəvəmin 15 yaşı olanda ona Antalyada ev aldım. Dedim ki, 3 il ömürüm olsun və 18 yaşında onun adına evi keçirdə bilim. Etdim də… Uşaqlarımla bağlı hər şeyi etmişəm. İndi gənclər evsizlikdən əziyyət çəkir. Mən bütün hamısına ev aldım”.

Aktrisa narkotik aludəçisi olan və bir müddət əvvəl dünyasınl dəyişən oğlundan bəhs edib:

“Raufu heç vaxt unutmuram. Çox çəkdim. O vaxt kaş reabilitasiya mərkəzi olardı. Onu oradan çıxartmazdım. Mənim balam 5 dil bilirdi. Gənclərə deyirəm ki, eşidəndə qonşuda, yaxında kimsə bu yolun yolçusudur, ondan uzaq gəzsinlər”. (Axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO