Fransanın kino ulduzu Bricit Bardo vəfat etdi

Fransanın kino ulduzu Bricit Bardo vəfat etdi

Hazırda oxunan: Fransanın kino ulduzu Bricit Bardo vəfat etdi

587813

Fransanın məşhur aktrisası Bricit Bardo 91 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Agence France-Presse" (AFP) "Bricit Bardot Fondu"na istinadən yayıb.

Bardo Fransa və dünya kinosunun ən məşhur ulduzlarından biri, 1950-ci və 1960-cı illərin simvolu olub.

O, 28 sentyabr 1934-cü ildə Parisdə Anne-Mari və Luis Bardonun ailəsində anadan olub. Bardo 7 yaşından rəqslə məşğul olub, 13 yaşında Konservatoriya Milli Musiqi və Rəqs Ali Məktəbində təhsil alıb. 14 yaşında ilk dəfə modellik karyerasını sınayıb və məşhur "Elle" jurnalında çıxış edib.
 

Bricit Bardonun kino debütü 1952-ci ildə Jan Buayenin "Normand dəliyi" filmində olub. O, "Və Tanrı qadını yaratdı" və "Babetta müharibəyə gedir" filmlərindəki rolları sayəsində populyarlıq qazanıb.


O, 1970-ci illərin əvvəllərindən bəri heyvan hüquqları fəalı, "Bricit Bardo Fondu" heyvanların müdafiəsi təşkilatının təsisçisi və direktoru olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO