Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Hazırda oxunan: Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

587469

Əməkdar artist Bəhram Bağırzadə arxiv fotosunu paylaşıb.

Bizim.Media xəbər verir ki, aktyor 40 il əvvəlki fotosunu paylaşaraq bunları yazıb:

“Bu foto demək olar ki, qırx il əvvəl çəkilib. Burada mənim on altı yaşım var. Şəkli kimin çəkdiyini xatırlamıram. Qara-ağ lent, sadə bir kadr. Amma o günü yaxşı xatırlayıram.
 

Bu, Azərbaycan SSR DİN-in əfsanəvi sanatoriyasında ilk gün idi. Sakit zamanlar idi. Dinc səma altında yaşadığımız illər. İnsanların bir-birini sevdiyi, hörmət etdiyi vaxtlar. Bu, uşaqlığın sonu və gəncliyə atılan ilk addımlar idi. Həyatın ən maraqlı, ən həssas dövrü.


Artıq uşaq deyilsən, amma hələ də hər şey qarşıdadır. Çox xoşbəxt uşaqlıq... Bəli, o vaxt saçlar da yerində idi. Onlar qalmadı, amma o günlərin hissi qaldı. Və bəlkə də ən dəyərlisi elə budur”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO