Lamiyyə Ələkbərovadan Rəqsanənin dediklərinə REAKSİYA - VİDEO

Lamiyyə Ələkbərovadan Rəqsanənin dediklərinə REAKSİYA - VİDEO

Hazırda oxunan: Lamiyyə Ələkbərovadan Rəqsanənin dediklərinə REAKSİYA - VİDEO

586281

Aparıcı Lamiyyə Ələkbərova müğənni Rəqsanə İsmayılovanın onun haqqında dediyi "Lamiyyədən incimişəm. Məm həbsdə olanda anamı yoxlamağa gəlməyib. Özü də mənim işçim olub" sözlərinə cavab verib.

Bizim.Media xəbər verir ki, aparıcı proqramında məsələyə aydınlıq gətirib:
 

"Rəqsanə deyir ki, məndən küsüb. Sussam, deyəcəklər razılaşdı. Əziz dostum Rəqsanə, xətrini dünyalar qədər istəyirəm. Bakıya gələn gündən səni gözəl tanıyıram, münasibətimiz var. Səni axtarmaya bilməzdim.

 

Zəng də vurmuşam, amma Aysun telefonu açmayıb. 18 və 21 avqustda səs yazmışam. Nigar İbrahimova ilə əlaqə saxlayıb, səni soruşmuşam. Ağlayanda ağlamışam, güləndə gülmüşəm. Əsas o deyil ki, axtarmağımı çəkib göstərim.


Hər şey ürəkdə olmalıdır. Deyirsən ki, Lamiyyə yanımda işləyib. 1995-ci ildən Azərbaycan Televiziyasında işləmişəm. Bir çox kanalda çalışmışam. Bakıya yeni gələndə səni heç kim tanımırdı.

Sənin tanınmağında, efirə çıxmağında rolum olub: layihələr yaratmışıq. Prodüserəm, yaradıram, köməkçi deyiləm. Biz birgə işləmişik. Anar Mədətov, Vaqif Gərayzadə, Tarix Əliyev prodüserdi.
 

Biz tapıb üzə çıxarırıq, yanında işləmirik. Allah Nahid Emiloğluya rəhmət eləsin. Mənim əməkdaşım idi, bizi o, tanış edib. Hər bir müğənninin prodüserə ehtiyacı var. Mən sənin, sən də mənim çətin günümdə yanımda olmusan.


Qəlbimə dəydi ki, kiminsə işçisi olmuşam. Mən televiziyalarda rəhbər vəzifələrində çalışmışam. Danışarsan danışarıq, küsərsən, sonra barışarıq". (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO