Uzun müddətdir gözlərdən uzaq bir həyat yaşayan “Kurtlar Vadisi”nin əfsanəvi siması Necati Şaşmazın yeni görüntüsü ortaya çıxıb. “Ankara ziyarəti” qeydi ilə paylaşım edən Şaşmazın fotosu sosial şəbəkədə böyük maraq doğurub. Heyranları məşhur aktyoru “Ekrana qayıt” çağırışları ilə şərh yağmuruna tutublar.
Bizim.Media xəbər verir ki, Türk televiziya tarixində iz buraxan “Kurtlar Vadisi” serialında Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz uzun müddətdir ekranlardan uzaqdır. Şəxsi həyatı ilə zaman-zaman gündəmə sənətçi ABŞ-da keçirdiyi dövrdən sonra sosial media fəaliyyətini də minimuma endirmişdi.
Bir vaxtlar “397 bölüm oynadım, 20 ilimiverdim. Çox dəyərli, amma bir o qədər də yorucu idi. Biraz ara vermək istədik. İndi yenidən işləmək istəyirik, qismət olsa olar” deyərək seriala dönüş siqnalı verən Şaşmaz həmin açıqlamadan sonra susqunluğa çəkilmişdi.
Uzun sükutu yeni paylaşımı ilə pozan Şaşmazın ağarmış saçları və sadə tərzi diqqət çəkib. Onun son görüntüsü qısa müddətdə sosial medianın ən çox danışılan mövzularından birinə çevrilib.
Məşhur aktyorun fotosunu görəən heyranları “Artıq səni televizorda görmək istəyirik”, “Ekrana dön, Polat”, “Ekranda səni görmək üçün çox darıxdıq” kimi şərhlərlə sosial şəbəkəni doldurublar.
Necati Şaşmazın yeni görüntüsü həm nostalji ab-havası yaradıb, həm də illərdir davam edən “Kurtlar Vadisi geri dönəcəkmi?” sualını yenidən gündəmə gətirib.


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:40 / 04.12.2025
Aylardır görünməyən Necati Şaşmaz ortaya çıxdı – FOTO
Hazırda oxunan: Aylardır görünməyən Necati Şaşmaz ortaya çıxdı – FOTO
Hazırda oxunan: Aylardır görünməyən Necati Şaşmaz ortaya çıxdı – FOTO
583788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































