Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi

Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi

Hazırda oxunan: Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi

581316

Binəqədi Rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Həbsdə olan müğənni Dəniz Əsədovaya YENİ İTTİHAM - Saxta əlillik düzəldibmiş...


Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, vəkil sənətçinin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini tələb edib.

Lakin məhkəmə vəkilin ittihamlarını qəbul etməyib və Dəniz Əsədovaya qeyd edilən maddələr üzrə bəraət verilib.
 

Qeyd edək ki, daha əvvəl vəkil Asim Abbasov da eyni məzmunlu ittihamla çıxış etmiş və həmin vaxt D.Əsədova 7 aylıq həbs edilmişdi.


Hazırda həbsdə olan müğənni dələduzluq əməllərində təqsirləndirilir. Cavidan Osmanlı isə bir müddət əvvəl Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib.

Onun barəsində də dələduzluq ittihamları var və barəsində cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO