Afət Fərmanqızının ərinin həbs edilmə səbəbi bəlli oldu – VİDEO/YENİLƏNİB

Afət Fərmanqızının ərinin həbs edilmə səbəbi bəlli oldu – VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Afət Fərmanqızının ərinin həbs edilmə səbəbi bəlli oldu – VİDEO/YENİLƏNİB

58088

Müğənni Afət Fərmanqızının həyat yoldaşının polis tərəfindən saxlanılmasının səbəbi məlum olub.

Bizim.Media-nın məlumatına görə, Sumqayıt şəhər sakini Vaqif İsayev polisə ərizə ilə müraciət edərək 2017-ci ilin may ayından bu ilin yanvarın 31-dək olan müddətdə Rusiya vətəndaşı, 42 yaşlı Mamed Nanacanovun onu və ailə üzvlərini öldürəcəyi ilə bağlı hədələyərək, 200 min dollar tələb etməsini bildirib.

M.Nanacanov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.

*** 10:36

Müğənni Afət Fərmanqızının bir müddət əvvəl ailə qurduğu Mamed Nanacanov polis tərəfindən saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında məlumat verib. Fərmanqızının sözlərinə görə, buna səbəb həyat yoldaşının bir şəxsi təhqir etməsi olub. Həmin şəxs 7 ildir ona borcunu qaytarmır: 

“Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib.

Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracağam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb, onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var.

Niyə onlar həbs olunmur? Mamed Namacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır? Vaqif İsayevin məndə səs yazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim". 
Qeyd edək ki, Afətin həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO