“Bu reytinqi kim ölçür, onu necə hesablayırlar?” - VİDEO

“Bu reytinqi kim ölçür, onu necə hesablayırlar?” - VİDEO

Hazırda oxunan: “Bu reytinqi kim ölçür, onu necə hesablayırlar?” - VİDEO

579323

Əməkdar artist Nailə İslamzadə "Qonaqcanlı" verilişində qonaq olub.

Bizim.Media xəbər verir ki, İslamzadə proqramda “Reytinq xətrinə veriliş aparardınızmı” sualına belə cavab verib:

“Bu sual mənim xarakterimə zidd olan bir şeydir. Bunu heç vaxt etməmişəm, etmərəm də.
 

Ümumiyyətlə götürəndə, o reytinq sözü əvvəllər yox idi. "Ailələr, talelər" verilişi efirə gedəndə deyirdilər ki, rayonlarda oğurluq və cinayət halları azalır. İnsanlar yığışıb televiziyaya baxırdılar.


O ki qaldı, reytinq sözü nədir, onu anlamaq istəmirəm. Bu reytinqi ölçən kimdir?

O cihazları haradan tapırlar, onu necə hesablayırlar? Mənim üçün ən böyük reytinq işimi yaxşı görməkdir. İnsan qarşısında səmimi olmaq və onlara faydalı bir məlumat verməkdir.
 

Televiziyanın üç böyük istiqaməti var: informasiya, maarifləndirmə və əyləncə. Bunların hər birindən tamaşaçı fayda götürməlidir. Əyləncə asan deyil. İnsanları ağlatmaq, güldürməkdən asandır.


İnsanlar əylənirsə, maariflənirsə, doğru informasiya alırlarsa, bu, bizim ən böyük uğurumuz, reytinqimizdir. Amma kimisə qarşı-qarşıya qoyub danışdırmaq, bu, reytinq deyil". (axsam.az)
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO