Ağamirzə: "İstəsək də, Rəşad Dağlı ilə görüşə bilmərik"

Ağamirzə: "İstəsək də, Rəşad Dağlı ilə görüşə bilmərik"

Hazırda oxunan: Ağamirzə: "İstəsək də, Rəşad Dağlı ilə görüşə bilmərik"

577745

"Rəşadla bağlı ancaq ailə üzvləri vasitəsi ilə məlumat alırıq".

Bizim.Media xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov həbsdə olan həmkarı Rəşad Dağlının səhhətində yaranmış problemdən danışarkən deyib.

Meyxanaçı həmkarının əməliyyat olunmasını sosial şəbəkədən xəbər tutub:
 

"Onun səhhətində yaranmış problemdən xəbərsizəm. Hansı səbəbdən əməliyyat olunduğunu bilmirəm. Görüşə ancaq ailə üzvlərinə icazə verilir. Biz istəsək də, onunla görüşə bilmərik, çünki qanun buna yol vermir. Rəşadla bağlı ancaq ailə üzvləri vasitəsi ilə məlumat alırıq, səhhəti ilə maraqlanırıq".


Qeyd edək ki, bu günlərdə həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının səhhətində problem yaranıb. Meyxanaçı tibb məntəqəsində əməliyyat olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO