ŞOK İDDİA: Dilan Polat körpüdən özünü atmaq istədi

ŞOK İDDİA: Dilan Polat körpüdən özünü atmaq istədi

Hazırda oxunan: ŞOK İDDİA: Dilan Polat körpüdən özünü atmaq istədi

576062

Türkiyə mətbuatında sosial media fenomeni Dilan Polat barədə yeni şok iddia yayılıb.

Bizim.Media bildirir ki, bir müddət əvvəl İstanbulda aparılan narkotik əməliyyatı çərçivəsində adı hallanan, qan və saç analizlərində “narkotik maddə istifadəsi” ehtimalı ilə gündəmə gələn Dilan Polat bu dəfə intihar cəhdi iddiası ilə diqqət mərkəzinə düşüb.
 

Türkiyə mediasında yayılan məlumatlara əsasən, Dilan Polat günorta saatlarında evindən çıxaraq Fatih Sultan Mehmet Körpüsünə gedib. İddialara görə, o, körpünün məhəccərlərinə (korkuluklarına) çıxaraq özünü aşağı atmaq istəyib.


Hadisə yerinə dərhal polis əməkdaşları və həyat yoldaşı Engin Polat cəlb olunub.

Bildirilir ki, Engin Polatın və polis qüvvələrinin müdaxiləsi nəticəsində Dilan son anda fikrindən daşınıb və körpüdən endirilib.

Bu xəbərlərlə eyni vaxtda, Dilan Polatın sosial media hesabında oğlu Milan Efe və qızı Nildaya ünvanladığı “Sizi çox sevirəm” sözləri ilə yazılmış paylaşım da diqqət çəkib. Paylaşımın qısa müddət sonra silinməsi iddiaları daha da alovlandırıb.

Hadisədən dərhal sonra mətbuata açıqlama verən Engin Polat yayılan məlumatları qəti şəkildə təkzib edib. Onun sözlərinə görə, həyat yoldaşı sadəcə panik atak keçirdiyi üçün avtomobilini körpünün çıxışında saxlayıb və öz təhlükəsizliyini təmin etmək məqsədilə ona zəng edib:

“Dilan bacısına gedərkən panik atak keçirmişdi. Trafikdə özünü narahat hiss etdiyi üçün maşını sağa çəkib və mənə zəng etdi. Ortada nə intihar, nə də atlama cəhdi var”.

Dilan Polatın vəkili də hadisə ilə bağlı mətbuata açıqlama verərək, iddiaların “tamamilə əsassız” olduğunu bildirib:

“Müvəkkilim heç bir şəkildə körpüdən atlamağa cəhd etməyib. O, yalnız səhhətində yaranan narahatlıq səbəbindən köprü çıxışında dayanıb”.

Xatırladaq ki, bir müddət əvvəl İstanbul Baş Prokurorluğu bir neçə tanınmış sima haqqında narkotik maddə istifadəsi ilə bağlı istintaq başladığını açıqlamışdı. Adı bu siyahıda hallanan şəxslərdən biri də Dilan Polat idi.

Fenomen bu ittihamlar fonunda göz yaşları içində sosial şəbəkədə canlı yayıma çıxaraq özünü müdafiə etmişdi:

“Mənim qanımda, saçımda çıxa biləcək tək şey yaşıl reçeteli dərmanlardır. And içirəm, mən heç vaxt narkotik istifadə etməmişəm. Mən anayam…”

Hadisə Türkiyədə sosial mediada böyük rezonans doğurub. Bir tərəf Dilan Polatın psixoloji təzyiq altında olduğu digər tərəf isə hadisənin “reklam məqsədli” ola biləcəyini iddia edilir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO