Əməkdar artist Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra növbəti dəfə açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, o, Cabirin ölümündən sonra sosial şəbəkələrdə aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
Tahir İmanov səssizliyini pozdu - VİDEO
“Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Digəri isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir.
Üçüncüsü ən vacibi isə odur ki, bu, çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz”, - deyə, Tahir bildirib.
Sara, Bizim.Media