Xalq artisti: \

Xalq artisti: \"Şəklimi göstərib deyib ki, bu qadını ərim çox sevir\" - VİDEO

Hazırda oxunan: Xalq artisti: \"Şəklimi göstərib deyib ki, bu qadını ərim çox sevir\" - VİDEO

57307

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva "O üz" proqramında maraqlı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, Yaşar Nurinin xasiyyəti olduqca ağır olub. O, evdə nadir hallarda zarafat edirmiş:

"Nadir hallarda bizimlə zarafat edərdi. Qışqırmağı, kobud rəftarı da olub. İçəri girən kimi bütün işıqları söndürüb, telefonu çıxarırdı.

Kaş ki, arabada olardı amma sağ olardı, yanımda olardı. İşdən gəlirdi, zarafata deyirdi ki, səndən yaxşısını tapmadım. Onun bir sözü var idi. Həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir. Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim".

Xalq artisti Firəngiz Mütəllimova da Yaşar Nuri haqda açıqlama verib:

"Tamaşaçılar bizi bizdən xəbərsiz evləndirmişdilər. Artıq alışmışdıq bizə olan bu münasibətə. Sonuncu dəfə xəstə olanda Türkiyəyə onun yanına getdim.

Gördüm ki, hamı gəlib qapıdan mənə baxıb, gedir. Mən də soruşdum ki, niyə baxırlar. Dedi ki, Rəhimə sənin şəklini onlara göstərib ki, bu qadını mənim ərim çox sevib".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO