Tacir Şahmalıoğlu: “Fədayə Laçına görə xanımım intihara cəhd etdi” – VİDEO

Tacir Şahmalıoğlu: “Fədayə Laçına görə xanımım intihara cəhd etdi” – VİDEO

Hazırda oxunan: Tacir Şahmalıoğlu: “Fədayə Laçına görə xanımım intihara cəhd etdi” – VİDEO

56730

Müğənni Tacir Şahmalıoğlu ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı olub.

Bizim.Media xəbər verir ki, o, həyat yoldaşının onu qısqandığı üçün canına qəsd etmək istədiyini etiraf edib:

“Fədayə Laçınla duet ortaqlığımız yaranmışdı. İlk konsertimiz oldu. Dövlət televiziyasından gəlib duetlərimizi çəkdilər. Mən də efir vaxtını öyrəndim. Qardaşıma zəng edib dedim ki, ayın 10-u bizim evdə yığışaq, çəkilişə baxaq.

Heç ağlıma da gəlməzdi ki, həyat yoldaşım Fədayə ilə duet oxuduğum üçün qısqanar. Oturmuşduq, çəkilişə baxırdıq. Bir də gördük yoldaşım yoxdur.

Qardaşımın yoldaşı dedi ki, mətbəxdən qaz iyi gəlir. Yoldaşım mətbəxin qapısını içəridən bağlayıb qazı açmışdı, qapını qırdıq. Dəm qazından artıq zəhərlənirdi. Yoldaşımı oradan çıxardıq”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO