“Avroviziya-2022” - Azərbaycan təmsil edəcək mahnının seçiminə start verdi

“Avroviziya-2022” - Azərbaycan təmsil edəcək mahnının seçiminə start verdi

Hazırda oxunan: “Avroviziya-2022” - Azərbaycan təmsil edəcək mahnının seçiminə start verdi

53246

“Avroviziya-2022” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb.

İTV-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 31-ə qədər öz mahnılarını [email protected] elektron ünvanına göndərə bilərlər.

Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair şərtlərini də açıqlayıb.

Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir.

Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2021-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki, “Avroviziya-2022” mahnı müsabiqəsi Turində 10, 12 və 14 may tarixlərində baş tutacaq.

Müsabiqədəki Azərbaycan nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO