Ötən gün “Zəhər tuluğu” filminin qala gecəsinə qatılan müğənni Səmra Rəhimli dələduzluğa məruz qalıb.
Bizim.Media xəbər verir ki, sənətçi “Instagram”da videopaylaşım edərək naməlum şəxslər tərəfindən aldadıldığını dilə gətirib.
Rəhimli gecə 40-50 nəfər maşınının cərimələndiyini görüb:
“Yaxınlaşıb dedilər ki, biz burada çalışırıq, Sarayın (Heydər Əliyev sarayı – Red) işçiləriyik, gecə saat 12-ə qədər burdayıq. Hətta soruşdum ki, burada saxlayanda problem olmur? Dedi ki, tədbir olan günlər saxlamaq olar.
Biz də maşınımızı parkinq etdik, 15 manat da pul ödədik. Hətta 40-50 nəfər saxlamışdı, hamısı da pul verib. Çıxanda şikayətlənirdilər, çünki hər kəs cərimələndi. Biz tədbiri tərk edəndə polislərə yaxınlaşdıq, şikayət etdik. Polis işçiləri dedi ki, bu ilk dəfə deyil, hər dəfə tədbir olanda eyni hal təkrarlanır”.
Səmra dələduzluğun qarşısının alınması üçün aidiyyatı qurumlara müraciət edib.
“Söhbət 15 manatdan getmir. Sadəcə bu iki şəxs kimsədən qorxmadan şəhərin mərkəzində özlərini sarayın işçisi olaraq təqdim edərək insanlardan pul yığırlar”, - deyə Səmra bildirib.
Bizim.Media