Gəlini Mətanətin yalanını İFŞA ETDİ: “Elçiliyə nəvəsini də aparıb” - VİDEO

Gəlini Mətanətin yalanını İFŞA ETDİ: “Elçiliyə nəvəsini də aparıb” - VİDEO

Hazırda oxunan: Gəlini Mətanətin yalanını İFŞA ETDİ: “Elçiliyə nəvəsini də aparıb” - VİDEO

50994

Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana arasındakı gərginlik səngimək bilmir.

Bizim.Media bildirir ki, Canana "Instagram" hesabından keçmiş həyat yoldaşı Kərimin elçiliyi ilə bağlı övladını sorğu-sual edərək, video paylaşıb.

O, Mətanət İsgəndərlinin verilişlərin birində qonaq olarkən oğluna elçi getməsi xəbərini təkzib etməsinə də toxunub:

“Hər kəs deyir, təsadüfi addır. Verilişdə də elə deyib, amma bilin ki, mən heç nəyi yalan danışmıram. Kərimlə son danışığımızda özü dedi ki, elçi gedirik. Mən də dedim, “Allah xoşbəxt etsin, ancaq balalarımı ögey anaya verməyə görə həyata gətirməmişəm. Qaytar mənim uşaqlarımı”. O isə dedi ki, “onlar heç mənə də lazım deyil, hakim özü elə qərar verib”. Dedim ki, “o hakimin mənimlə nə qərəzliyi var?”

Uşaqlar bu olanların şahididir. Tuncay telefonla danışığımız zamanı dedi ki, “onsuz da Ayseli qəbul edən deyiləm. O, mənim anam ola bilməz”.

Xatırladaq ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canana ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var. Bu ilin oktyabr ayında keçirilən məhkəməyə əsasən, ailənin hər üç övladı atanın himayəsinə verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO