“Yasak elma” bu görüntülərə görə cərimələndi - VİDEO

“Yasak elma” bu görüntülərə görə cərimələndi - VİDEO

Hazırda oxunan: “Yasak elma” bu görüntülərə görə cərimələndi - VİDEO

0:00
0:00
50920

Türkiyənin reytinqli seriallarından olan “Yasak Elma” RTÜK (Türkiyə Televiziya və Radio Şurası) tərəfindən cərimələnib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna FOX tv-də yayımlanan serialın 117-ci bölümündəki görüntülər səbəb olub.

Həmin seriyada bölümdə qeyri-qanuni münasibətlər “əyləncə” adı altında günahsız göstərilir, mənfi anlayış olan “məşuqə” sözü normallaşdırılır, ailə anlayışı ilə bağlı neqativ zarafatlar edilir, qadınlar aldadılır. 

Türkiyə cəmiyyətinin ümumi əxlaq anlayışını və milli-mənəvi dəyərlərinə uyğun gəlməyən ifadələrə görə yayımçı FOX TV-yə inzibati cərimə tətbiq edilib.

Sözügedən bölümdən bir epizodu təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO