Azərbaycanlı aparıcı Türkiyədə mükafat aldı - FOTO

Azərbaycanlı aparıcı Türkiyədə mükafat aldı - FOTO

Hazırda oxunan: Azərbaycanlı aparıcı Türkiyədə mükafat aldı - FOTO

0:00
0:00
48780

“Türkiyə Kalite Ödülləri” sahiblərinə təqdim edilib.

Bizim.Media xəbər verir ki, nominasiyalar arasında “Azərbaycanın uğurlu qadın aparıcısı” da yer alıb. Mükafata MTV kanalının aparıcısı Mədinə Abdullayeva layiq görülüb.

O, mükafata layiq görüldüyü üçün qürurlandığını bildirib:

“Çox dəyərli mükafatdır və buna görə çox sevinirəm. Məşhur insanların yer aldığı bu mükafatlandırma məni qürurlandırdı. Belə atmosferdə olmaq xüsusi bir hissdir. Öz sahələrində uğurlar qazanmış insanlarla bir yerdə olduq. Aparıcılığı çox sevirəm və daim özümü inkişaf etdirməyə çalışıram. Bu səbəbdən “Azərbaycanın uğurlu qadın aparıcısı” olmaq məni qürurlandırdı. Hər kəs öz sahəsində ən yaxşı olmaq istəyir. Bu cür mükafatlar daha çox çalışmaq üçün önəmlidir. Ona görə də hisslərimi ifadə etmək mümkün deyil.

İnsanın sevdiyi işdə çalışması daha çox fədakarlıq etməsinə gətirib çıxarır. İnkişaf etmək, daha çox uğur qazanmaq mənim üçün yorucu deyil.

Bu dəyərli mükafata sahib olmaq əslində işimi sevərək gördüyümün göstəricisidir. Ona görə də sevinirəm. Daha da irəli getmək üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, mükafatlandırmada Mila Kali, İvana Sert, Oktay Kaynarca kimi məşhurlar iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO