Nəsrin sevgilisinə

Nəsrin sevgilisinə "öpüşmə" qadağası qoyub? - Özü açıqladı

Hazırda oxunan: Nəsrin sevgilisinə "öpüşmə" qadağası qoyub? - Özü açıqladı

46739

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin aktyor sevgilisi Gökhan Alkana qadağa qoyduğu iddia olunub.

Bizim.Media xəbər verir ki, aktrisa Gökhanın rol aldığı “Kalp yarası” serialında tərəf müqabili Yağmur Tanrısevsinlə öpüşmə səhnələrinə çəkilməsini istəmədiyi barədə iddialara sərt reaksiya verib.

Nəsrin bu xəbərlərə təəccübləndiyini gizlətməyib: "Bu gün haqqımda çıxan məlumatları təəccüblə oxudum. Aylardır adımdan istifadə edərək gündəmdə qalmaq istəyənlərin fəaliyyətinə səssiz qaldım. Amma bu gün həm şəxsi həyatıma, həm də peşə etikama dil uzadacaq qədər sərhədi aşmaları səbəbindən bir cavab almalı olduqlarına qərar verdim. Mənim heç kimin icra etdiyi sənətə müdaxiləm ola bilməz. Bu şəxs sevgilim belə olsa. Çünki mən də eyni işi sevgi ilə görürəm. Mənim etdiyim işə kimsənin qarışa bilməyəcəyi kimi, mən də kimsənin işinə qarışa bilmərəm. Bu sənəti anlaya bilmək üçün önümdə 20 ilim var idi, əmin olun anladım. Sağ əlim anlaya bilməyənlərin başına".

Qeyd edək ki, “Yasak elma” serialının çəkilişləri zamanı eşq yaşamağa başlayan cütlük evlilik qərarı alıb.

Nəsrin hazırda reytinqli "Üç kuruş" adlı serialda rol alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO