Emin Ağalarov 1 ildə mahnılarından nə qədər pul qazanır? - MƏBLƏĞ

Emin Ağalarov 1 ildə mahnılarından nə qədər pul qazanır? - MƏBLƏĞ

Hazırda oxunan: Emin Ağalarov 1 ildə mahnılarından nə qədər pul qazanır? - MƏBLƏĞ

46599

Xalq artisti Emin Ağalarov "Business FM"ə müsahibəsi zamanı internet platformasından illik gəlirini açıqlayıb.

Bizim.Media xəbər verir ki, müğənni mahnılarının onlayn satışının yaxşı olduğunu bildirib. 

Emin qeyd edib ki, 1 ildə mahnılarının internet üzərindən satışından təxminən 1 milyon dollar (1,7 milyon manat) gəlir götürür.

İfaçı bu rəqəmin o qədər də yüksək olmadığını əlavə edib. 

O, gənc ifaçıların daha çox qazandığını vurğulayıb:

“Çünki onların auditoriyası böyükdür və mahnıları məşhurdur. Onlar birinci yerdə tez-tez olurlar. Onları qısqanmıram. Artıq mən yaşlanıram, 42 yaşım olacaq. Gənc auditoriyanın və ya bütün təbəqənin qəlbini fəth edəcək hit hazırlamaq qeyri-mümkündür. Amma buna baxmayaraq musiqi yaşamağa davam edir, ondan böyük biznes qurmağı düşünmürəm. Bunu öz həvəsim üçün edirəm. Sevinirəm ki, mənim öz auditoriyam var. Konsertim və konsert turum olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO