Əməkdar artist Manana Çaparidze qızı Elizabetlə yeni fotolarını paylaşıb.
Bizim Media xəbər verir ki, sənətçi 13 yaşı tamam olan qızı Elizabetlə yeni fotolarını yayımlayıb.
Çaparidze qızının ad günü olduğunu bildirib:
"Bütün mesajları sevə-sevə oxudum. Duyğularımı ifadə etmək və minnətdarlığımı bildirmək istəyirəm, sevgi ilə sizə təşəkkür edirəm. Sevginiz, səmimi və gözəl arzularınız, qızıma olan belə bir isti təbrik üçün hamınızı ürəkdən təşəkkür edirəm" deyə, Manana paylaşımında yazıb.
Qeyd edək ki, Manana Georgi adlı gürcü vətəndaşı ilə ailəlidir. Cütlüyün David adlı bir oğul övladı da var.
Bizim.Media