Brillyant Dadaşova bacısı oğlunun həbsindən XƏBƏRSİZDİR

Brillyant Dadaşova bacısı oğlunun həbsindən XƏBƏRSİZDİR

Hazırda oxunan: Brillyant Dadaşova bacısı oğlunun həbsindən XƏBƏRSİZDİR

40426

Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudovun həbs edildiyi barədə məlumat yayılıb. Zaur Mahmudovun Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunduğu qeyd olunur.

Yerli mətbuatın yazdığına görə məhkəmə hakiminin hökmü ilə Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Məsələ ilə bağlı Brilliant Dadaşova ilə əlaqə yaratdıq. Saytımıza açıqlamasında Brilliant Dadaşovanın çəkilişdə olduğunu bildirən sənətçinin köməkçisi həbsdən xəbərsiz olduqlarını söyləyib. 

Qeyd edək ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO