Nazilə Səfərli:

Nazilə Səfərli: "Ölərəm, amma üzr istəmərəm" – VİDEO 

Hazırda oxunan: Nazilə Səfərli: "Ölərəm, amma üzr istəmərəm" – VİDEO 

37757

Aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli arasında uzun müddətdir davam edən məhkəmə işi başa çatıb.  

Bizim.Media xəbər verir ki, məhkəmə qərarına əsasən N.Səfərli aparıcıdan üzr istəməli idi. Bir müddət əvvəl isə şairənin üzr məktubu bəzi sosial şəbəkə profillərində paylaşılıb. 

Məsələ ilə bağlı Axşam.az-a müsahibə verən Nazilə Səfərli bildirib ki, üzr məktubunu o, yazmayıb.  

O söyləyib ki, qarşı tərəfdən nə yazılı, nə də şifahi formada üzr istəməyib: 

"Məhkəmə olanda Bakıda deyildim. Yazıblar ki, guya mən üzr istəmişəm. Savadlı adam görür ki, üzr istəmək belə olmur. Cahillərə necə başa salım? Məhkəmə çoxdan bitib. O, sözü deyən şəxs özü üzr istədi. Mənim üzr istəmək fikrim yoxdur, olmayıb, istəmədim də. Üzr istəmək eyib deyil, amma yanlış qapı döyülmüşdü. Həmin adam mən deyiləm, ölərəm üzr istəmərəm. Məhkəməyə çıxdım, hər iki tərəfin vəkili orada idi. Hakim sual verdi ki, sizi 30 sutka həbs gözləyir. Dedim, hazıram. Qayıtdı, amma üzr istəyə bilərsən. Dedim, hazır deyiləm. Bu işin axırı nədir, cəza? Cəzamı istədim. Qüruruma görə tutulacam… Buna görə fəxr edirəm". 

Qeyd edək ki, Xoşqədəm Xidayətqızının Nazilə Səfərlini  "Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün məndən qisas alır" sözünü işlətdiyi üçün məhkəməyə verdiyi iddia olunur. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO