Populyar Hollivud ulduzu Lionardo di Kaprio dünya ölkələrində, o cümlədən də Türkiyədə baş vermiş meşə yanğınları ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, məşhur aktyor fərqli ölkələrdə təkrarlanan təbii fəlakətləri “iqlim böhranı və fövqəladə vəziyyət” adlandırıb.
O, faciənin qarşısını almaq üçün birgə hərəkət etməyə çağırıb. Qeyd edək ki, di Kaprio həm də ekoloji fəal kimi tanınır.
Kino ulduzu hər il bu istiqamətdə milyonlarla dollar xərcləyir.
Bizim.Media