Aparıcının 5 aylıq övladı əməliyyat olundu - FOTO

Aparıcının 5 aylıq övladı əməliyyat olundu - FOTO

Hazırda oxunan: Aparıcının 5 aylıq övladı əməliyyat olundu - FOTO

29337

Türkiyəyə köçən aparıcı Gülnarə Məmmədovanın martda dünyaya gələn övladı əməliyyat olunub.

Bizim.Media xəbər verir ki, bu haqda keçmiş aparıcı özü məlumat yayıb. O bildirib ki, 5 aya yaxındır xəstəxanada olan oğlu Miracı bu günlərdə evə gətirə bilib:

“Balama qovuşdum, hələ də durumu ilə bağlı araşdırmalar və müalicələr davam edir. Bir neçə gün əvvəl əməliyyat olundu, çox şükür geridə qaldı. Mənə dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Allahın izni ilə Miracım yanımdadır".

Qeyd edək ki, G.Məmmədova keçmiş ANS kanalında çalışıb. O, "Kamerton" verilişinin aparıcısı olub. Gülnarə 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub. Bu, onun ikinci nikahıdır. Gülnarə 2018-ci ildə qızı Azranı itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO