Aktyor Acunla bağlı suala əsəbləşdi: “Mikrofonu alıb...”

Aktyor Acunla bağlı suala əsəbləşdi: “Mikrofonu alıb...”

Hazırda oxunan: Aktyor Acunla bağlı suala əsəbləşdi: “Mikrofonu alıb...”

29016

"TV8"də yayımlanan proqramda sosial media fenomeni Kerimcan Durmaza mükafat təqdim olunmasının ardından aktyor Erkan Petekkaya kanalın sahibi Acun Ilıcalını tənqid edib. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial media hesabında yazan aktyor daha sonra paylaşımı silib.

"Şafak vakti" filminin qalasında jurnalistlərdən biri Erkan Petekkaya Acun Ilıcalını tənqid etməsi ilə bağlı sualla müraciət edib. Bu zaman əsəblərinə hakim ola bilməyən aktyor müxbiri təhqir edib.

"O mikrofonu alıb sənə nə edərəm bilirsən" deyə Erkan müxbiri hədələyib.

Qeyd edək ki, Erkan Petekkaya sonuncu dəfə "TV8" telekanalında yayımlanan "Kırmızı oda" serialında Sadi obrazını canlandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO