"Əziyyət çəkib 100 manat qazanırdım, oxuyanda 1000 manat qazandım" - Aygün Bəylər - VİDEO

Hazırda oxunan: "Əziyyət çəkib 100 manat qazanırdım, oxuyanda 1000 manat qazandım" - Aygün Bəylər - VİDEO

27484

Əməkdar artist Aygün Bəylər  keçdiyi sənət yolundan danışıb. 

Bizim.Media xəbər verir ki, xanəndə "Söhbət musiqidən gedir" verilişində qonaq olarkən yaşadığı  çətinliklərindən söz açıb:

"Toylara gedirdim, nağaradan əllərim suluqlayırdı. Gəlirdim evə kompress edirdim. Uşaq filarmoniyasında işləyirdim. Sənətimi sevirdim, narahat olurdum.

Amma evdə çoxuşaqlı ailə idik, yardım edirdim. Amma narahat etsə də , o ağrılar mənən doğma idi, özümə yaraşdırırdım. Deyirdim nə olsun suluqlu əlimlə kiməsə  "salam" verə bilmirəm. Bəlkə, Allah məni çox sevdi, dedi oxumaqda da özünü sına. Əziyyət çəkib 100 manat qazanırdım, oxuyanda isə nə əlin ağrıdı, nə bir şey - 1000 manat qazandım".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO