Nigarla qalmaqaldan DANIŞDILAR: “Bizim onunla düşmənliyimiz yoxdur” - VİDEO

Nigarla qalmaqaldan DANIŞDILAR: “Bizim onunla düşmənliyimiz yoxdur” - VİDEO

Hazırda oxunan: Nigarla qalmaqaldan DANIŞDILAR: “Bizim onunla düşmənliyimiz yoxdur” - VİDEO

270918

Əməkdar artist Fərqanə Qasımova “Avroviziya” qalibimiz Nigar Camalla qalmaqalından danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Rəngarəng” proqramında açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA - ÖZƏL


F.Qasımovanın sözlərinə görə, sənətkar ailəsinə toxunulmamalıdır:

“Ümumiyyətlə bu xəbərlərdə kimsə zidd getdi. Sənətkara hörmət edən insanlar onun ailəsinə də hörmət edər. Sabah hər kəs üz-üzə gələcək, əl yeri qoymaq lazımdır. Xəbərlərin bəziləri mən tərəfdən çıxmamışdı. Qarşı tərəfdən bir açıqlama gəldi. İnsanlar arasına nifaq salırlar. Mən dedim ki, Alim Qasımovun ailəsinə dəyməyin, sataşmayın. Bu duetdən, ata-baladan bir də dünyaya gəlməz. Sadəcə toxunmayın. Bizim ailəmizlə bağlı eşitdiklərinə qulağını bağlasınlar. Biz həmişə abrımızı-həyamızı, musiqimizi qoruyan insanlarıq”.

Xalq artisti Alim Qasımov isə Nigara barışıq əli uzadaraq onu konsertlərinə dəvət edib:
 

“Barışdıq, sülh! Nigar xanımla bizim düşmənliyimiz yoxdur. Gəlsin, konsertə baxsın, şərəf duyaram”.


Xatırladaq ki, Nigarla Fərqanə arasında qalmaqal onun festivalda N. Camalın geyimi ilə bağlı açıqlamasına neqativ şərh yazmasından sonra başlamışdı.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO