Vaqiflə Samirənin qızı Çində təhsil alacaq – FOTO

Vaqiflə Samirənin qızı Çində təhsil alacaq – FOTO

Hazırda oxunan: Vaqiflə Samirənin qızı Çində təhsil alacaq – FOTO

268903

ATV-nin keçmiş aparıcısı Vaqif Aydınoğlu qızı Nuranla bağlı sosial şəbəkədə paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, övladının Çində təhsil alacağını bildirib. Qızının fotolarını yayımlayan V.Aydınoğlu bunları yazıb:

""Asia Europe Business School"un tələbəsi adını qazanan Nuranım. Avropanın bir neçə universitetində təhsil almaq haqqı qazansan da, cəsarətli qərar verərək Çində, Şanxaydakı universiteti seçmən məni xüsusilə qürurlandırdı. Hər zaman yolun açıq olsun, ağıllı balam.

Övlada verəcəyimiz ən böyük miras təhsildir, xüsusilə də qız övladlarımıza. Allah bütün balaları qorusun".

Qeyd edək ki, Nuran V.Aydınoğlunun aparıcı Samirə Mustafayeva ilə evliliyindən olan övladıdır. V.Aydınoğlu hazırda ikinci dəfə ailə qurub və 2 övladı var. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO