"100 hoqqadan çıxana qismətidir deyirlər"

"100 hoqqadan çıxana qismətidir deyirlər"

Hazırda oxunan: "100 hoqqadan çıxana qismətidir deyirlər"

266866

Müğənni Afət Fərmanqızı qalmaqallı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, o, qonaq olduğu "Bir gün" verilişində şəxsi həyatı barədə danışıb.

"Qanuni ailə həyatı qururam, qınayırlar. 100 hoqqadan çıxana isə yaxşı edib, qismətidir deyirlər.

Həmçinin qanuni mahnı oxuyuram, oğurlayırlar. Söyləyirlər ki, sən də oxu, o nə deməkdir? Oxusun, ancaq video çəkdirib deməsin ki, bu mahnı Afətin deyil. Haqqa girməyə öyrəşiblər.
 

Hərdən deyirəm ki, mən də o yolu seçim, amma ola bilmirəm. Çünki mənəviyyatlı ziyalı ailəsində böyümüşəm. Kiminsə ailəsini gözü yaşlı qoymağın, hansısa mahnının haqqına girməyin nə olduğunu bilirəm.


Həyatımın 8 il çətin sınaq dövrü oldu. Sabah nə yeyəcəyimizi düşünürdük. Rəhmətlik anam gözəl günlərimi gördü. Dünyasının dəyişəndə ev-eşik sahibi olmuşdum, tanınmış müğənni idim. İndiki günlərimi də görməyini istərdim, ömür vəfa etmədi. 56 yaşında anam, 54 yaşında isə atam dünyasını dəyişdi. 60 yaşı görmədilər". (Milli.Az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO