"Na-Na" qrupunun seks simvolu özündən 24 yaş kiçik qızla evləndi - FOTO

Hazırda oxunan: "Na-Na" qrupunun seks simvolu özündən 24 yaş kiçik qızla evləndi - FOTO

26464

Rusiyanən “Na-Na” qrupunun seks simvolu Vladimir Politov 14 yanvar 2021-ci ildə 26 yaşlı sevgilisi ilə münasibətləri qanuniləşdirdiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, NTV telekanalında yayımlanan "Milyon üçün sirr" verilişində o, səssizcə Ximki şəhərindəki “ZAQS” idarəsində evliliklərini qeyd etdiklərini bildirib.

Qız nəqliyyat şirkətində işləyib və 50 yaşlı sənətçiyə özü yazıb. 2017-ci ildə o, Blaqoveşenskdə çıxış edərkən qız onun telefon nömrəsini tapıb və konsertdən sonra fotoşəkil çəkməsini xahiş edib. Sonra uzun müddət yazışıblar və yalnız Moskvaya gələndən sonra görüşüblər.
 

“İşdən sonra mənimlə görüşə gəlməyi dayandır. Paltarlarını yığ və yanıma gəl. Bir müddət vətəndaş nikahında yaşadıq və yanvarın 14-də rəsmi nikah bağladıq”, deyə sənətçi bildirib.
O, toy etmədiklərini etiraf edib. 


İndi cütlük ortaq uşaq haqqında düşünür. Politov onsuz da bir qızı olduğunu, indi isə oğul istədiyini söyləyib.

Politov üçün bu, ikinci evlilikdir. İlk dəfə 1999-cu ildə evlənib və bir qızı var.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO