Aysun QƏZƏBLƏNDİ: “Yazıblar ki, "qızınız kimə lazımdır?!”" - VİDEO

Aysun QƏZƏBLƏNDİ: “Yazıblar ki, "qızınız kimə lazımdır?!”" - VİDEO

Hazırda oxunan: Aysun QƏZƏBLƏNDİ: “Yazıblar ki, "qızınız kimə lazımdır?!”" - VİDEO

257470

Müğənni Aysun İsmayılova qızı Sevgiyə görə qəzəblənib.

Bizim.Media xəbər verir ki, Aysun qızının görüntüsünün səhifələrdə paylaşılmasını istəmədiyini, əgər övladının fotosunu silməsələr, həmin hesabları şikayət edəcəyini bildirib.
 

Onun bu qərarı birmənalı qarşılanmayıb və bəzi istifadəçilər tənqidi şərh yazıb.


Aysun həmin rəylərə cavab verib: “Bəziləri yazıb ki, “qızınız kimə lazımdır, evdə uşağım var”. Sizə deyən var ki, qızım sizə lazımdı, ya sənin uşağın var, yoxsa yox? Allah hər kəsin övladını saxlasın, bu, mənim uşağımdır. İstəmirəm, övladım tanınmış olsun. Mən tanınıram, bəsdir, övladımı niyə paylaşırsınız? Ehtiyac olsa, mən paylaşaram, bəzi içi qurdlular, bu dünyadan nə aparacaqsınız?


Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır, bu, mənim fikrimdir, hələ qızımı göstərmək istəmirəm, bəlkə sabah istəyəcəm? Hazırda istəmirəm, mənə xoş deyil. Göstərsəm də, göstərməsəm də, özüm bilərəm. Bunu başqa yerlərə niyə yozursunuz ki, “gözmü dəyəcək?” Nə dəxli var? Bu, mənim seçimimdir, üzü tanınsın istəmirəm! Bir az anlayışlı, ürəkli olun. İçinizi təmizləyin, axır-əvvəl hər birimiz torpağa gedəcəyik, niyə bu qədər qəlb qırırsınız? Necə kinli insanlar var həyatda, ya rəbbim!”.




Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO