Nura Suridən oğlu haqda SON MƏLUMAT: “Müalicəsini davam etdirir, lakin...”

Nura Suridən oğlu haqda SON MƏLUMAT: “Müalicəsini davam etdirir, lakin...”

Hazırda oxunan: Nura Suridən oğlu haqda SON MƏLUMAT: “Müalicəsini davam etdirir, lakin...”

25258

Bu gün bir-sıra yerli KİV-lərdə müğənni Nura Surinin oğlunun qəzaya düşməsi barədə xəbərlər yayılıb.

Yayılan xəbərlərə görə, Surinin 25 yaşlı oğlu San-Fransiskodan Los-Ancelesə gələrkən idarəetməni itirərək qəza törədib. Qəza zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. 

Məsələni aydınlaşdırmaq üçün hazırda Los-Angeles şəhərində səfərdə olan müğənni ilə əlaqə saxladıq.

Nura Suri Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda oğlunun vəziyyəti normaldır.

“Hazırda şükür Allaha Xosrovun vəziyyəti yaxşıdır. Artıq bir yerdə gəzintilərə çıxırıq. Qəza 15 gün bundan əvvəl baş verib. Şükür, bütün çətinliklər geridə qalıb. Oğlum müalicəsini davam etdirir, lakin artıq yataqda deyil. Aktiv həyatına yavaş-yavaş qayıdır. Amma həkimlər ona 1 ay ciddi şəkildə istirahət etməyi tövsiyə ediblər”.

Qeyd edək ki, hazırda peşəkar kikboksinqlə məşğul olan ifaçının oğlu  uzun müddətdir ki, ABŞ-da yaşayır. Nura Surinin Xosrovdan başqa daha iki oğlu var.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO