Rusiyanın məşhur "VIA Gra" qrupu tamamən ləğv olundu.
Bizim.Media xəbər verir ki, bu barədə qrupun prodüseri bəstəkar Konstantin Meladze sosial şəbəkədəki səhifəsində açıqlama yayıb.
Qrupun vida mahnısını yerləşdirən Meladze 25 il ərzində layihənin hazırlanmasında iştirak edən hər kəsə təşəkkür edib:
“Gözəl vaxtlar idi, ümid edirəm ki, qrupun hitləri birgə işimizin əsas uğurudur və bu mahnılar hələ uzun illər dinləniləcək, xatirələrdə xoş izlər qoyacaq”.
"VIA Gra" estrada qrupu 2000-ci ildə yaradılıb. Qrupun mövcud olduğu müddətdə 20 üzv dəyişib.
Bizim.Media