Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
Bizim.Media xəbər verir ki, müğənni bu haqda "Etiraf" verilişində danışıb.
Seyidcahan aparıcının "Çox gözəlsən, üzündə botoks, əməliyyat yoxdur. Övladların da ailəlidir. Özün ailə qurmaq haqda düşünmürsən" sualına belə cavab verib:
"İnsan öz sənəti ilə məşğul olanda, o haqda düşünmür. Şəriətə, həyata, dinə görə düzdür. Amma həyat davam edir. Allah məni elə gözəlliklərlə qarşılaşdırır ki, o haqda düşünmürəm.
Bilmək olmaz sabah nə baş verəcək. Sənətimlə, işimlə məşğulam. Xeyir Allahdan. Arzu edərəm ki, evdə oturum bəstəkarlıq edim. Saat 7 olanda restorandan restorana qaçmayım ki, pul qazanım, aranjiman edim, anama pul qazanım. Hər qadın istəyər ər çörəyi yesin. Əgər həyat yoldaşınız sizə xidmət edirsə, oturun evdə".
Anasından danışan müğənni "Anam özü ayaq üstədir, qazanır. Anam mənə ziyan da vurub.
Deyirəm ki, heç kimə inanma. Anam inanıb sənədsiz, sübutsuz iş görüb. Belə səhvləri oldu, efirə çıxdım. Deyirəm, eybi yox, canı sağ olsun. Demişəm ki, bizə sürpriz edəndə əvvəldən de. Sürprizin bizə baha başa gəlir. Anam məni ziyana salıb. Niyə məni banklara saldın? Bu yaşımda hələ də banka pul ödəyirəm" sözlərini əlavə edib. (Axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:43 / 22.05.2025
Elza: "Anam məni ziyana saldı, bu yaşımda banka borc ödəyirəm"
Hazırda oxunan: Elza: "Anam məni ziyana saldı, bu yaşımda banka borc ödəyirəm"
Hazırda oxunan: Elza: "Anam məni ziyana saldı, bu yaşımda banka borc ödəyirəm"
250736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.