Müğənni Aysun İsmayılova yenidən ailə qurmaqla bağlı sualı cavablandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Aysun “Həmin Zaur” verilişində danışıb.
Aysun deyib ki, hələ bu barədə düşünmür: “Həyatdır, bilmək olmaz nə olacaq? Böyük danışmayım, amma hazırda ailə qurmaq barədə düşünmürəm.
İkinci uşaq barədə fikirləşmirəm. Çünki övladıma olan sevgini bölüşmək istəmirəm. Fikirləşirəm ki, onu bunun qədər istəmərəm, haqsızlıq olar. Tək anayam, uşağın hər şeyini tək edirəm, nəyim var, nəyim yox, ona edirəm. Ondansa onu daha yaxşı məktəblərdə oxudaram”.
Qeyd edək ki, Aysunun qızı Sevgi onun vəkil Ramil Vəliyevlə olan evliliyindəndir.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
01:10 / 20.05.2025
“Tək anayam, qızımın hər şeyini özüm edirəm”
Hazırda oxunan: “Tək anayam, qızımın hər şeyini özüm edirəm”
Hazırda oxunan: “Tək anayam, qızımın hər şeyini özüm edirəm”
250242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.