“Məni sıfırdan heç kim qaldırmayıb. Biz Asif müəllimlə çalışanda artıq populyar olmuşdum”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Rəngarəng” verilişinə canlı bağlantı ilə qoşulduğu zaman deyib.
Elnarə prodüser Asif Kərimovun onu sıfırdan populyarlaşdırması ilə bağlı fikirə münasibət bildirib: “Sadəcə proqramımı dəyişmək istəyirdim, Asif müəllimlə məsləhətləşdim. Dedim ki, tar-kamança ilə olan proqramı dəyişmək fikrindəyəm. Bu gün də deyirəm ki, dəyişiklik istəyirəm.
Lakin məni sıfırdan Asif qaldırmayıb. O, bütün konsertlərimin musiqi rəhbəridir. Amma oxumağımın rəhbəri deyil. Mətanət İsgəndərlini populyarlaşdırmış ola bilər. Asifin zəhməti konsertlərimdə danılmazdır. Musiqi tarixində zəhməti var, amma biz sadəcə birlikdə işləyirik. Məni sıfırdan qaldırmayıb. Mən tar-kamança ilə populyarlaşmışam”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
19:58 / 12.05.2025
Elnarə QƏZƏBLƏNDİ: “Məni sıfırdan heç kim qaldırmayıb!” - VİDEO
Hazırda oxunan: Elnarə QƏZƏBLƏNDİ: “Məni sıfırdan heç kim qaldırmayıb!” - VİDEO
Hazırda oxunan: Elnarə QƏZƏBLƏNDİ: “Məni sıfırdan heç kim qaldırmayıb!” - VİDEO
248974
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.