Türkiyənin tanınmış azərbaycanlı aktrisası Nəsrin Cavadzadə Pamir Pekin ilə yaşadığı qısa müddətli münasibətin bitməsindən sonra bu dəfə cəsur paylaşımı ilə sosial mediada diqqət çəkib.
Bizim.Media xəbər verir ki, aktrisa alt geyimində balkona çıxaraq qəhvə içdiyi anları sosial media hesabında paylaşaraq izləyicilərinin böyük marağına səbəb olub.
42 yaşlı Cevadzadənin paylaşımı qısa müddət ərzində minlərlə bəyənmə toplayıb və sosial mediada çoxsaylı şərhlərlə qarşılanıb. Aktrisa, yalnız sənət fəaliyyəti ilə deyil, şəxsi həyatı ilə də gündəmdə qalmağa davam edir.
"Ağır Roman Yeni Dünya", "Küçük Ağa", "Bizim Hikaye", "Yasak Elma", "Şahane Hayatım" və son olaraq "Sandık Kokusu" kimi layihələrdə uğurlu çıxışı ilə tanınan aktrisa, şəxsi münasibətləri ilə də medianın maraq dairəsindədir.
Xatırladaq ki, bir müddət əvvəl "Sandık Kokusu" serialında birgə rol aldığı aktyor Pamir Pekin ilə eşq yaşayan Cavadzadə serialın finalından sonra sevgilisi ilə birlikdə Yunanıstana romantik tətilə yollanmışdı. Lakin münasibətlərinin uzunömürlü olacağı gözlənilsə də, cütlük fikir ayrılığı səbəbindən gözlənilmədən ayrılmaq qərarı alıb. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:16 / 07.05.2025
Nəsrin Cavadzadə alt geyimində balkona çıxdı – FOTO
Hazırda oxunan: Nəsrin Cavadzadə alt geyimində balkona çıxdı – FOTO
Hazırda oxunan: Nəsrin Cavadzadə alt geyimində balkona çıxdı – FOTO
248092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.