Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova İstanbulda 6,2 bal gücündə baş verən zəlzələ ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, instaqram hesabında foto paylaşıb.
"Hamımıza keçmiş olsun. Allah yardımcımız olsun" – deyə G. Zeynalova paylaşımda qeyd edib.
Qeyd edək ki, bu gün İstanbulda ardıcıl 6 güclü zəlzələ qeydə alınıb. Zəlzələlər müvafiq olaraq 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə olub.
Yeraltı təkanlardan sonra İstanbulda insanlar evlərini tərk edərək parklara üz tutublar.
Bizim.Media