Lalənin oğlu, Mehribanın keçmiş əri AZADLIĞA ÇIXDI

Lalənin oğlu, Mehribanın keçmiş əri AZADLIĞA ÇIXDI

Hazırda oxunan: Lalənin oğlu, Mehribanın keçmiş əri AZADLIĞA ÇIXDI

243924

Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı, müğənni Lalə Dadaşovanın oğlu Zaurdan danışıb.

Bizim.Media xəbər verir ki, aktrisa "Bir gün" verilişində Zaurun həbsxanadan çıxdığını deyib.

O bildirib ki, hazırda münasibətləri yaxşıdır.

Kamera qarşısında Zaura zəng edən M.Xanlarova "Deyirəm düşmən deyilik, inanmırlar. Dedilər, azadlığa çıxıb. Baxıram mənə mesaj da yazmısan" sözlərini söyləyib.

Zaur isə "Nə olsun ayrılmışıq, dostuq. Hər zaman qulluğundayam. İndi də deyirəm ki, Mehriban kimi kişi balası görməmişəm. O, başqa insandır. Mehriban mənim birinci və sonuncu sevgimdir. Amma birləşmək olmaz, bitib" sözlərini əlavə edib.

Qeyd edək ki, Zaur Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO