“Telefon işlədənlərə pis baxmıram, qayınanamın da var” – Ofelya Şabanova

“Telefon işlədənlərə pis baxmıram, qayınanamın da var” – Ofelya Şabanova

Hazırda oxunan: “Telefon işlədənlərə pis baxmıram, qayınanamın da var” – Ofelya Şabanova

242912

Müğənni Ofelya Şabanova mobil telefondan istifadə etməməsi ilə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Bir gün” verilişində açıqlama verib.

Ofelya deyib ki, buna inanmasalar da, belədir: “Deyirlər ki, guya, telefon işlətmir. Allaha and olsun ki, telefondan istifadə etmirəm, telefonum yoxdur. Birincisi, xoşum gəlmir, onunla vaxt itirə bilmərəm, pis baxmıram, baldızlarımın, bacılarımın, qayınanamın da telefonu var. Sadəcə zamanımı itirə bilmirəm.

Evdə uşağıma, yoldaşıma qulluq etməliyəm, məşqlərim, sənətim var. Hamısı qıraqda qalacaq. Heç sevmirəm, telefondan çox istifadə edən insanları, ürəyim sıxılır. Köməkçimin, prodüserimin telefonu var.

Mən şərhləri qətiyyən oxumuram, sənətimlə bağlı stress olmaz. Hərdən qulağıma çatır.Bir kəlmə deyirəm ki, şərəflini şərəfli istəyər. Heç vaxt şərəfli şərəfsizi sevməz. Bir-iki nəfərin sözü qulağıma çatır, deyirəm, boş ver. Onlar olmasa, mən Ofeliya Şabanova olmazdım.. İnsanlar tərəfindən sevilməzdim”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO