Müğənni Aysun İsmayılova TikTok-da onun birinci həyat yoldaşı Eşqin Cəlilovla barışdığını iddia edən səhifələrə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, İnstagramda paylaşım edib.
Aysun deyib ki, yalan xəbər yayan səhifələri bağlatdıracaq:
“Tiktokda səhifələr açmış bəzi şərəfsizlər… Bu haqda danışmaq istəmirdim, komanda olaraq şikayətlərimizi göndərmişik, o səhifələrin hamısı bağlanacaq. Şükür etsinlər ki, polisə müraciət etməmişəm.
Bu videonu ona görə çəkdim ki, bütün ətrafım mənə zəng edir, deyirlər ki, bu xəbər doğrudurmu? Bir-bir deməkdən yoruldum.
İki dünya bir olsa da, o xəbərlər heç vaxt doğru olmayacaq. Heç bir barışıq olmayacaq. Həyatımdan çıxardığım insanları heç vaxt geri qaytarmıram, keçmişə baxmıram, yalnız gələcəyə baxıram. Bu söhbətlər bağlansın, o səhifələr onsuz da bağlanacaq”.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
23:59 / 06.04.2025
Aysun xəbərləri yalanladı: “Həyatımdan çıxardığım insanları geri qaytarmıram” - VİDEO
Hazırda oxunan: Aysun xəbərləri yalanladı: “Həyatımdan çıxardığım insanları geri qaytarmıram” - VİDEO
Hazırda oxunan: Aysun xəbərləri yalanladı: “Həyatımdan çıxardığım insanları geri qaytarmıram” - VİDEO
242740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.