“Hər Moskvada oxuyanın sənəti var?” – Kəmalədən Afətə - VİDEO

“Hər Moskvada oxuyanın sənəti var?” – Kəmalədən Afətə - VİDEO

Hazırda oxunan: “Hər Moskvada oxuyanın sənəti var?” – Kəmalədən Afətə - VİDEO

242271

Müğənnilər Kəmalə Günəşli ilə Afət Fərmanqızı arasında qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, Kəmalə “Rəngarəng”də qonaq olarkən Afətlə bağlı qalmaqallı açıqlamalar verib.

O, Fərmanqızının sənətini bəyənmədiyini bildirib: “Göz qabağındadır, Afət daha çox fotoşop edib. Afət Fərmanqızından soruş deyəcək ki, “təbiiyəm”. Ondan niyə qorxmalıyam? Afətə reytinq vermiş ola bilərəm. Axırıncı dəfə nə vaxt ifası trend olub. On il bundan əvvəl oxuyub, sonuncu trendini?

Mən ondan çox toya gedirəm, bu, trend-brend göstəricisi deyil. Afət soyuyub gedib. İndi Afət var? Moskvada oxumaq trendlikdir? Orada elə ifa edənlər var ki, heç A ilə T-nı tanımır.

Hər Moskvada toyda oxuyanın sənəti var? Bəlkə heç öz adına toylara getmir, musiqiçilər çağırır. Mən gəldim, hamısını keçdim. Mən özümü sənətdə, trenddə, brenddə Afətdən üstün hesab edirəm. Mənimlə muğam oxusun, görüm oxuya bilər?”



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO