Qaraciyər köçürülən aktyor yenidən xəstəxanalıq oldu - FOTO

Qaraciyər köçürülən aktyor yenidən xəstəxanalıq oldu - FOTO

Hazırda oxunan: Qaraciyər köçürülən aktyor yenidən xəstəxanalıq oldu - FOTO

241510

Aktyor Elvin Ağayevin səhhətində yenidən problem yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

Xəstəxanadan foto paylaşan Elvin bu sözləri yazıb:

“Yenə də xəstəxanada.... Xəstəxanaya gələndə həm pis oluram, həm də yaxşı... Pis oluram ki, canım ağrıyır. Yaxşı təsir edir, ona görə ki, 3 il bundan əvvəl Allahıma bu yataqda daha da yaxın oldum, onunla danışdım, onunla dərdləşdim, ondan bağışlanmaq istədim. Mənə şans verdi. İndi hər dəfə bir problemim olanda, xəstəxanaya yatmağa gələndə elə hiss edirəm ki, rəbbim məni danışmağa çağırır. Allahımın verdiyi hər sınağa şükür olsun”.

Qeyd edək ki, Elvin qaraciyər sirrozundan əziyyət çəkirdi. Ona bacısı donor olmuşdu.



Sara, Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO